İnsanlara hürriyət, millətlərə istiqlal!

Albaniyanın çətin seçimi – Tirana Kuşnerlə flaminqo arasında qalıb

Avropa Komissiyasının sözçüsü Qiyom Mersye Albaniya hakimiyyətini qorunan ərazinin yaxınlığında lüks kurortun tikintisinin ölkənin Avropa İttifaqına daxil olmasına mane ola biləcəyi barədə xəbərdar edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, söhbət Donald Trampın kürəkəni Cared Kuşnerin idarə etdiyi “Affinity Partners” layihəsindən gedir. Əvvəllər vətəndaşlarının kütləvi etirazlarını qulaqardına vuran Albaniya hökuməti Avropa İttifaqı və ABŞ prezidentinin ailə üzvünün investisiyası arasında çətin seçim etməlidir.

Avropa Komissiyasının sözçüsünün şərhi Albaniyanın baş naziri Edi Ramanın açıqlamasından sonra gəlib. 8 iyunda Rama Adriatik sahilində lüks kurortun tikintisinin davam etdiriləcəyini bildirib. Hökumət başçısının sözlərinə görə, nəticədə qorunan əraziyə zərər dəyməyəcək. Lakin o, əlavə edib ki, son tikinti planları hələ təqdim olunmayıb və ətraf mühitə təsirin qiymətləndirilməsi hələ başa çatmayıb.

Rama o zaman demişdi: "Avropa Komissiyasının vəhşi təbiətdə qorunması lazım olan hər şeyi qoruyacağımıza şübhə etməyə heç bir səbəbi yoxdur".

Lakin Aİ-nin ən yüksək icra orqanının fərqli fikri var.

"Vurğulamaq istəyirəm ki, Albaniya son hədəfə çatmağı poza biləcək hərəkətlərdən çəkinməlidir və biz Albaniya hakimiyyət orqanlarının gecikmədən tədbir görməsini gözləyirik", - deyə Mersye jurnalistlərə bildirib. O, Aİ-nin ətraf mühit standartlarına cavab vermək üçün Albaniyanın nail olmalı olduğu hədəfə işarə edirdi.

Xatırladaq ki, Albaniya Aİ-yə üzv olmağa namizəddir və illərdəir bu istiqamətdə danışırlar gedir. İndiyədək 5 danışıqlar raundu olub. Aİ üzvlüyünə namizədlərin yerinə yetirməli olduqları vəzifələrin siyahısı olan klasterlərdən 6-cısı artıq Albaniyanın son klasteridir. O, 2025-ci ilin noyabr ayında açılıb. Orada müzakirə olunan məsələlər kənd təsərrüfatı, qida təhlükəsizliyi, baytarlıq, balıqçılıq, akvakultura, regional siyasət, maliyyə və büdcə ilə bağlıdır.

Albaniya bütün tələbləri yerinə yetirdikdən sonra Avropa Komissiyası ölkənin Avropaya inteqrasiyaya hazırlığı barədə rəy verəcək. Daha sonra ölkənin namizədliyi bütün Aİ üzv dövlətləri və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Bundan sonra yalnız qoşulma müqaviləsinin imzalanması və təsdiqlənməsi qalır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR