İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya bunu da etdi - Baltik dənizinin gizli mühafizəçisinin VİDEOSU yayıldı

Almaniyanın “Euroatlas” şirkəti sualtı müşahidə texnologiyalarında yeni mərhələ sayılan görünməz, süni intellektlə idarə olunan “Greyshark” adlı dronu təqdim edib.

Musavat.com xəbər verir ki, bu aparat hidrogenlə işləyən mühərriklər sayəsində aylarla fasiləsiz suyun altında qala bilir və minlərlə kilometr məsafə qət edə bilir.

Məlumata görə, “Greyshark” artıq mövcud kəşfiyyat-informasiya sistemlərinə inteqrasiya olunub və geniş akvatoriyaları real vaxtda izləyə bilir. Dron sualtı qayıqları, aktiv işlək vəziyyətdə olan dənizaltı kabel xətlərini müəyyən etmək və monitorinq aparmaq potensialına sahibdir.

Bu yeni nəsil aparat Baltik dənizinin təhlükəsizliyinin təmin olunmasında əsas alətlərdən birinə çevriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR