Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Almaniyanın kansleri Fridrix Mers Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, ukraynalı gənclərin ölkəni tərk etməsinin qarşısının alınmalı olduğunu deyib.
Die Welt-in məlumatına görə, Mers Zelenskidən “ukraynalıların Almaniyaya yox, Ukraynaya xidmət etməsi üçün şərait yaratmağı” tələb edib:
“Ukraynada xidmət etməli olan minlərlə gənc Avropaya gəlir. Onlar öz ölkələrində lazımdırlar”.
Kansler həmçinin Almaniya hökumətinin Ukraynadan gələn qaçqınlara sosial ödənişlərin məhdudlaşdırılması planlarını təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Bild qəzeti yazmışdı: 2025-ci il 1 apreldən sonra Almaniyaya gələn ukraynalılara verilən aylıq yardımın 653 avrodan 196 avroya endirilməsi planlaşdırılır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ