Onlayn ictimai-siyasi qəzet
Almaniyada müşahidələr tarixində ilk dəfə havanın temperaturu +41,5 dərəcəyə yüksəlib. Musavat.com xəbər verir ki, güclü isti dalğası səbəbindən ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.
Almaniyada bütün meteoroloji müşahidələr tarixinin ən yüksək temperaturu qeydə alınıb. Termometrlər +41,5 dərəcəni göstərərək yeni rekord müəyyənləşdirib.
Rekord istilər səbəbindən ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub. Həddindən artıq isti hava şəraiti insanların sağlamlığı üçün təhlükə yaratdığından xüsusi tədbirlər görülür.
İnsanların sərinləməsinə kömək etmək məqsədilə küçələrdə su şırnaqlı xüsusi texnikalardan istifadə olunub. Şəhərlərin müxtəlif ərazilərində insanlara su püskürdülərək isti havanın təsirləri azaldılmağa çalışılıb.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ