Onlayn ictimai-siyasi qəzet
Ankarada oğrular qrupu zərgərlik mağazasından təxminən 7 kiloqram qızıl oğurlayıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində mağazaya 28 milyon türk lirəsi (təxminən 665 min dollar) dəyərində zərər dəyib. Oğrular hadisədən dərhal sonra ərazidən qaçıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində səkkiz nəfər saxlanılıb.
Hazırda istintaq orqanları hadisənin təşkilatçılarını və oğurlanan qızılın harada gizlədildiyini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.
Məlumata görə, oğrular mağazaya gecə saatlarında daxil olaraq təhlükəsizlik sistemini sıradan çıxarıblar.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ