İnsanlara hürriyət, millətlərə istiqlal!

Antaliyada dəhşətli yanğınlar davam edir - Rus turist elə video yaydı ki...

Türkiyənin Antalya, Muğla və Kemer bölgələrində miqyaslı meşə yanğınları qeydə alınıb, alov sürətlə yayılaraq rusiyalı turistlərin dincəldiyi otellərə doğru irəliləyir.

Musavat.com xəbər verir ki, yanğınlar səbəbindən turistlər arasında populyar olan və dənizlə dağların gözəl mənzərələrini birləşdirən Antalya – Fətih yol bağlandığı bildirilib.

Turistlərin sözlərinə görə, məşhur otellərin (Trendy Lara, Royal Holiday Palace, Swandor Hotels & Resorts Topkapi Palace, Aska Lara Resort & Spa, Kremlin Palace) yerləşdiyi Aksu rayonundakı turizm zonasında vəziyyət qeyri-sabit olaraq qalır, dincələnlər güclü tüstüdən şikayətlənirlər. Kemer rayonunda isə alovun söndürülməsi istiqamətində tədbirlər görülür, hələlik otellərə hər hansı ziyan dəydiyi barədə məlumat daxil olmayıb.

Ümumilikdə ölkə üzrə 90 yanğın ocağı qeydə alınıb, yalnız Muğlada 5 güclü alovlanma müşahidə olunur. Alovun söndürülməsinə 3 mindən çox yanğınsöndürən, həmçinin 100-dən çox helikopter və təxminən 30 təyyarə, o cümlədən iki ədəd Rusiya istehsalı olan Be-200 amfibiya təyyarəsi cəlb edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR