İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşlər bazaya basqın edib futbolçuları döydülər

Fransanın “Nitsa” klubunda ciddi insident yaşanıb.

Musavat.com xəbər verir ki, komandanın noyabr ayında Liqa 1 və Avropa Liqasının bütün oyunlarında uduzmasına etiraz edən azarkeşlər klubun məşq bazasına daxil olaraq futbolçulara və idman direktoruna hücum ediblər.

Məlumata görə, ən çox zərər görənlər yarımmüdafiəçi Jeremi Boqa və hücumçu Terem Moffi olub. Azarkeşlər onları yerə yıxıb döyüblər, sillə vurublar və üstlərinə tüpürüblər.

Hadisə zamanı “Nitsa”nın idman direktoru Floriyan Moris də bir neçə zərbə alıb. Lakin futbolçulardan fərqli olaraq, onu mühafizəçilər hadisə yerindən çıxara biliblər.

Bildirilib ki, ümumilikdə bazaya 400-ə yaxın azarkeş gəlib. Məşq mərkəzinin mühafizəçiləri izdihamı görən kimi kənara çəkilərək onların əsas girişdən maneəsiz daxil olmasına şərait yaradıblar. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR