İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan aylar öncə məlumatlı idi" - Ceyhun Bayramov AÇIQLADI

Azərbaycan və Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər qardaşlığa, dostluğa əsaslanır, ən əsası, iki ölkə başçısı arasında səmimi münasibətlər mövcuddur.

Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycana siyasi və mənəvi dəstək göstərib:

"Ötən 5 il ərzində sülh prosesiylə bağlı Türkiyə ilə tam koordinasiyalı fəaliyyət nəticə verməkdədir. Hakan Fidan da bildirib ki, Ermənistanla münasibətlərin inkişafı Azərbaycan-Ermənistan münasibətindən asılıdır. İrəvana reyslərin sayının artırılması ilə bağlı Azərbaycan aylar öncə məlumatlı idi".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR