İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ermənistana NEFT SATACAQ

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk dəfə həyata keçiriləcək tranzitinə əlavə rüsum tətbiq etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bundan əvvəl bəzi Azərbaycan mediasında Gürcüstanın tranzit üçün hər ton üzrə 92 dollar tələb etdiyi barədə iddialar yayılmışdı. Gürcüstan tərəfi bu məlumatları təkzib edib.

Nazirliyin açıqlamasına görə, dekabrın 5-də Azərbaycan tərəfi Gürcüstan hökumətinə yanacağın Ermənistan istiqamətində birdəfəlik tranziti üçün müraciət edib. Baş nazir İrakli Kobaxidzenin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na həmin yükün tamamilə pulsuz daşınması tapşırılıb.

Rəsmi Tiflis bildirib ki, Gürcüstan hər zaman Azərbaycan və Ermənistan üçün etibarlı və strateji tərəfdaş olub və regionda sülhün, sabitliyin qorunmasına dəstək verir.

Qeyd edək ki, ötən ay - noyabrın 5-də və 8-də - 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilmişdi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR