İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN-dən hava limanında saxlanan tələbələrlə bağlı-AÇIQLAMA

Moldovaya girişinə icazə verilməyən təxminən 34 azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Bunu Musavat.com-un sorğusuna cavabda Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

A.Hacızadə qeyd edib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:

"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".
Qeyd edək ki, sosial medianın Azərbaycan seqmentində yayılan məlumata görə, Bakıdan Ukraynaya yola düşən bir qrup azərbaycanlı tələbə ötən gün Moldova hava limanında saxlanılıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR