İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan” yazısını gizlətdi, cəzasını aldı – amma...

Ermənistan Xizək Federasiyası beynəlxalq yarış zamanı Azərbaycan adının ört-basdır edilməsi ilə bağlı qalmaqallı insidentə rəsmi mövqe bildirib və erməni idmançının hərəkətini açıq şəkildə haqlı sayıb.

Musavat.com-un xəbərinə görə, federasiya rəhbərliyi Təhsil, Mədəniyyət və İdman Nazirliyinin sorğusuna cavab olaraq bəyan edib ki, yarış zamanı Azərbaycan sözünün skotçla bağlanması “tam anlaşılan addımdır” və əlavə izaha ehtiyac yoxdur. Rəsmi açıqlamada turnirin sadə yarış yox, Dünya Kubokunun mərhələsi olduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan sponsor adının örtülməsi beynəlxalq idman qaydalarının pozulması kimi qiymətləndirilib və Beynəlxalq Xizək Federasiyası idmançını cərimələyib. Buna baxmayaraq, Ermənistan tərəfi insidenti siyasi müstəvidə əsaslandırmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR