Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin vida və dəfn mərasiminin vaxtı açıqlanıb
Musavat.com xəbər verir ki, Şahin Tağıyevin vida və dəfn mərasiminin vaxtı və yeri açıqlanıb.
Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu (Şuşalı) Tağıyevin vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində, saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.
Yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində, saat 11:00-da Təzəpir məscidində baş tutacaq.
Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olub. Azərbaycan torpaqlarına qarşı erməni silahlı müdaxiləsi başlayanda silaha sarılaraq könüllü şəkildə Vətənin müdafiəsinə qalxıb. O, “Qurtuluş” batalyonunun tərkibində Tərtər rayonu və ətraf döyüş bölgələrində vuruşub, göstərdiyi şücaət və təşkilatçılıq bacarığı sayəsində 1992-ci ilin mart ayında batalyon komandiri təyin edilib.
Vətənin şərəfini hər şeydən uca tutan, güclü ordu quruculuğunu və işğal altında olan torpaqların azadlığını həyatının əsas amalı sayan Şahin Tağıyev döyüş meydanında cəsarəti və əsgərlərə nümunə olan mövqeyi ilə seçilib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu ali ad onun Vətən uğrunda göstərdiyi misilsiz igidliyin dövlət səviyyəsində tanınması olub.
Son illərini İsveçdə yaşayan qəhrəmanımızın bir oğlu, bir qızı və beş nəvəsi var.
Məlumatı Musavat.com-a Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev verib.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ