Onlayn ictimai-siyasi qəzet
Bakıda qısqanc kişi küçədə dayısı oğlunu döyüb.
Hadisə Sabunçu rayonu, Maştağa-Zabrat yolunun kənarında qeydə alınıb.
35 yaşlı Firudin Ələkbərli (ad və soyad şərtidir) arvadını dayısı oğluna qısqandığı üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı Firudin dayısı oğlunun sifətinə yumruqla zərbə vuraraq, onu yerə yıxıb. Nəticədə zərərçəkən sifət nahiyəsindən xəsarətlər alıb.
Bu əməlinə görə, F. Ələkbərli saxlanılıb və barəsində cinayət işi açılıb.
Hər iki tərəf ifadələrində dəymiş ziyanın ödənildiyini və barışdıqlarını deyərək, məhkəmədən cinayət təqibinə xitam verilməsini istəyiblər.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və F. Ələkbərli məsuliyyətdən azad olunub./Lent.az
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ