İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda nəqliyyatın bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib

Paytaxtın Suraxanı və Xətai rayonları ərazisində yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR