Onlayn ictimai-siyasi qəzet
Bakıda fəaliyyət göstərən iddialı klub bölgəyə köçür.
Söhbət hazırda II Liqada yarışan «Şəfa»dan gedir.
Mövsüm başa çatmamış I Liqaya vəsiqə qazanan komanda gələn «futbol ili»ndən bölgələrdən birini təmsil edəcək.
Hər halda «Şəfa» rəsmilərinin bugünə olan fikri budur. Plan son anda dəyişməsə, paytaxtdan köç iyundan etibarən başlayacaq.
Funksionerlər oturduqları yerdə yerdəyişmə etmək niyyətinə düşməyib. Bunun üçün çox ciddi səbəbləri var.
Belə ki, 18 ildən sonra futbol səhnəsinə dönmüş klub Bakıda özünə infrastruktur qura bilmir. Baza və stadiona sahiblənmək istəsələr də, hələlik heç bir nəticə əldə etməyiblər.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ