İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gecədə 400 min dollarlıq canlı lobster oğurlandı

Milad günündə ABŞ-da 400.000 dollar dəyərində lobsterlər oğurlanıb.

Musavat.com xəbər verir ki, məlumatı Fox News yayıb. Bildirilir ki, canlı dəniz məhsulları İllinoys ştatındakı Costco supermarketləri üçün göndərilmişdi.

Rexing Companies logistika firmasının baş direktoru Dilan Reksinqə görə, oğurluq yüksək dəyərli mallar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilib: "Bu, bütün ölkə üçün böyük bir problemdir. Bu, birbaşa biznesə təsir edir və istehlakçılar üçün qiymətlərin artmasına səbəb olur".

Telekanalın məlumatına görə, FTB artıq hadisəni araşdırır:

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə yük oğurluğundan illik itkilər 15 milyard dollardan 35 milyard dollara qədər dəyişir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR