Onlayn ictimai-siyasi qəzet
“Deyirlər ki, tez sevincə qapılmayın, Tramp Ukraynaya 20-dən 50-yə qədər “Tomahavk” verə bilər. Amma məsələ sayda deyil. İş fərqlidir. Bizə 20 raket gəlsə belə”.
Musavat.com “Qordon” teleqram kanalına istinadən xəbər verir ki, bu sözlər ukraynalı məşhur jurnalist Dmitri Qordonun Alesya Batsmana müsahibəsidə səslənib.
“Bizdə prioritet hədəflər var, raketlə zərbə vurulmalı hədəflər. Məsələn, Yelabuqda dron istehsal edən zavod - onlar bizi bezdirib. Bir-iki-üç-dörd-beş “Tomahavk” o zavoda - və dronlar yox olar. Bir neçə “Tomahavk” Krım körpüsünə - və körpü yox olar.
Sonra belə sual çıxır: “Dayanmalıyıq, yoxsa davam edək? İstəyirsinizmi ki, biz dayanaq? Onda müharibəni bitiririk. İstəmirsinizsə, davam edirik”. Tramp yenə raket verir.
Rusiyada bunu yaxşı başa düşürlər. Kremldəki axmaqlar özlərini dəhşətli vəziyyətə salıblar. Tramp ona belə bir çıxış yolu bağışladı - Putin xalqa zəfər elan edə bilərdi. İndi o nə deyəcək? “Biz müharibəni bitiririk, çünki Ukrayna “Tomahavk” vurdu?”, - deyə Qordon qeyd edib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ