Onlayn ictimai-siyasi qəzet
Cənub-Şərqi Asiya ölkəsi olan İndoneziyanın Maluku dənizi sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yerin 35 kilometr dərinliyində qeydə alınan və ətraf adalarda böyük dağıntılara yol açan yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilsə də, sonradan bu xəbərdarlıq ləğv olunub.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Şimali Maluku adasının Ternate şəhərindən 126 kilometr şimal-qərbdə yerləşib. 7,4 ballıq güclü sarsıntı qonşu adalarda ciddi fəsadlar törədib, çox sayda tikili uçub.
Zəlzələdən sonra verilən sunami xəbərdarlığı daha sonra ləğv edilib. Hazırda rəsmi olaraq insan itkisi barədə dəqiq məlumat verilməsə də, dağıntıların miqyasına görə mümkün ölüm və yaralanmalarla bağlı narahatlıqlar davam edir.
@@TVmusavat/143626@@
Musavat.com



05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ