Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə dünya çempionatının ikinci yarımfinal qarşılaşması başa çatıb. Gərgin mübarizəyə səhnə olan oyunda final fitinin səslənməsi ilə həlledici matçın digər iştirakçısı müəyyənləşib.
Musavat.com xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da baş tutan qarşılaşmada Argentina millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Oyunun əsas hissəsinin son dəqiqələrinə qədər üstünlüyü əldən verməyən İngiltərə millisi qarşılaşmanın sonlarında təzyiqə tab gətirə bilməyib. Matçın 86-cı dəqiqəsində Enso Fernandes fərqlənərək hesaba tarazlıq gətirib. Bu qoldan sonra hücumlarını daha da kəskinləşdirən Argentina millisi əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə topunu vurub. 90+2-ci dəqiqədə səhnəyə çıxan Lautaro Martines komandasının ikinci qoluna imza ataraq İngiltərəni çempionatdan kənarlaşdırıb.
Bu qələbə ilə Argentina millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Onlar turnirin ən güclüsü olmaq uğrunda finalda İspaniya millisi ilə qarşılaşacaqlar.
Argentina son saniyələrdə möhtəşəm geri dönüş etdi
Futbol üzrə dünya çempionatının ikinci yarımfinal qarşıdurmasında əsl şok yaşanır.
Musavat.com xəbər verir ki, əsas vaxta əlavə olunmuş dəqiqələrdə Argentina millisi hesabı öz xeyrinə dəyişməyi bacarıb. Matçın 90+2-ci dəqiqəsində səhnəyə çıxan Lautaro Martines (L. Martinez) rəqib qapısını dəqiq nişan alaraq hesabı 2:1 edib.
Bu qolla ingilislər böyük şok yaşayarkən, Argentina finalın bir addımlığına gəlib. Meydanda gərginlik son həddədir.
***
Gərginlik pik həddə: Son dəqiqələrdə bərabərlik qolu vuruldu
Futbol üzrə dünya çempionatının ikinci yarımfinal qarşıdurmasında dramatik anlar yaşanır. Matçın sonuna yaxın hesaba yenidən tarazlıq gəlib.
ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmanın 86-cı dəqiqəsində Argentina millisi bərabərlik qolunu vurub. Komandanın yarımmüdafiəçisi Enso Fernandes (E. Fernandez) rəqib qapısına yol taparaq hesabı 1:1 edib.
Matçın əsas vaxtının başa çatmasına çox az vaxt qalıb. İspaniyanın finaldakı rəqibini müəyyən edəcək bu qarşılaşmada gərgin mübarizə davam edir.
***
DÇ-2026: Yarımfinalda hesab açıldı, ingilislər önə keçdi
Futbol üzrə dünya çempionatının ikinci yarımfinal qarşıdurmasında gərginliyin həddi getdikcə artır. Qarşılaşmanın ikinci hissəsində hesab açılıb.
ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən matçın 55-ci dəqiqəsində İngiltərə millisi hesabı açıb. Komandanın hücumçusu Entoni Qordon (A. Gordon) rəqib qapısına yol taparaq komandasını önə keçirib — 1:0.
Hazırda oyunda gərgin mübarizə davam edir. İspaniyanın finaldakı rəqibini müəyyən edəcək bu matçın gedişatında hər an hər şey dəyişə bilər.
***
DÇ-2026: Yarımfinalda ikinci hissə başladı, ilk hissədə qol səsi çıxmadı
Futbol üzrə dünya çempionatında gərgin keçən ikinci yarımfinal matçında ilk hissə başa çatıb və komandalar artıq ikinci hissə üçün meydana qayıdıblar.
"Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb — 0:0. Gərgin mübarizə şəraitində keçən ilk hissədə Argentina millisi topa sahib olmada üstünlük qazansa da (56% - 44%), hər iki komanda rəqib qapısı qarşısında ciddi qol epizodları yaratmaqda çətinlik çəkib və çərçivəyə zərbə vura bilməyib.
İlk hissənin statistik göstəriciləri belədir:
Zərbələr: 1 — 2
Qapıya zərbələr: 0 — 0
Künc zərbələri: 1 — 1
Qayda pozuntuları: 7 — 11
Sarı vərəqələr: 1 — 1
Komandalar ikinci hissəyə eyni heyətlərlə start veriblər. Bu hissədə vurulacaq qol turnirin ikinci finalçısını müəyyən edə bilər.
22:58***
DÇ-2026-da həyəcan pik həddədir! İspaniyanın finaldakı rəqibini müəyyən edəcək tarixi qarşıdurma artıq start götürdü.
Musavat.com xəbər verir ki, futbol üzrə dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlir. Turnirin ən çox gözlənilən və prinsipial qarşıdurmalarından olan İngiltərə - Argentina yarımfinal matçı start götürüb.
ABŞ-nin Atlanta şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayır.
Bu tarixi qarşılaşmanın qalibi iyulun 19-da baş tutacaq böyük finalda İspaniya millisinin rəqibi olacaq. Xatırladaq ki, bundan əvvəl baş tutan ilk yarımfinal oyununda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya artıq finaldakı rəqibini gözləyir.
Musavat.com
17 Iyul 2026
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ