İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəməşq ətrafında partlayış: Ölənlər və yaralananlar var - VİDEO

Musavat.com xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq şəhərində partlayış olub. Baş verən partlayış nəticəsində ölənlər və yaralananlar var.

Suriyanın "Al-Ikhbariya" dövlət telekanalının məlumatına görə, insident paytaxtın əsasən druzların məskunlaşdığı Caramana (Jaramana) rayonunda qeydə alınıb.

Xəbərdə partlayışın mikroavtobusa quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilir. Hadisə yerinə dərhal xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Qurbanların və xəsarət alanların dəqiq sayı barədə hələlik ətraflı məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR