İnsanlara hürriyət, millətlərə istiqlal!

Deutsche Bank-dan həyəcan siqnalı: Qlobal maliyyə böhranı yaxınlaşır?

Musavat.com xəbər verir ki, dünyanın aparıcı maliyyə institutlarından olan Deutsche Bank qlobal maliyyə bazarlarında narahatedici proseslərin sürətləndiyini açıqlayıb.

Bankın analitiklərinin fikrincə, səhm bazarı ilə borc bazarı arasında yaranmış kəskin uyğunsuzluq qlobal iqtisadi sabitlik üçün təhlükəli siqnallar verir.

Hesabatda qeyd edilir ki:

Dövlət və korporativ istiqraz bazarında risklər artır, gəlirlilik əyriləri yüksəlir;

Səhm bazarı isə hələ də süni şəkildə yüksək səviyyədə saxlanılır;

Bu fərqin daha da genişlənməsi bazarların “qırılma nöqtəsi”nə yaxınlaşmasına işarə edir.

Mütəxəssislərin sözlərinə görə, bu tip disbalanslar adətən 2008-ci il qlobal böhranı, dotcom krizi və digər böyük maliyyə sarsıntılarından bir qədər əvvəl müşahidə olunur.

Deutsche Bank analitikləri investorları ehtiyatlı davranmağa çağırır və bildirirlər ki, qlobal bazarlarda sərt dalğalanmaların başlaya biləcəyinə dair güclü xəbərdarlıqlar artıq görünməyə başlayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR