İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay səmasında şok: Bürc Xəlifə üzərində İran dronları - Təxliyə başladı

Dubayda vəziyyət kəskin şəkildə dəyişib, şəhərdə təhlükəsizlik siqnalları işə düşüb.

Musavat.com xəbər verir ki, Bürc Xəlifə ətrafında baş verən partlayışlardan sonra binadan insanların təxliyəsinə başlanılıb.

Məlumatlara görə, hadisə zamanı İran dronları Bürc Xəlifə üzərində və yaxınlığında müşahidə olunub. Səma üzərində naməlum uçuş aparatlarının görünməsi ilə paralel olaraq bir neçə partlayış səsinin eşidildiyi bildirilir.

Əraziyə polis, xüsusi təyinatlı qüvvələr və təcili tibbi yardım briqadaları cəlb olunub. Şəhərin mərkəzi hissəsində hərəkət qismən məhdudlaşdırılıb, hava məkanı ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi qeyd olunur.

Hadisənin miqyası və mümkün nəticələri ilə bağlı rəsmi açıqlama hələ verilməyib. Lakin Yaxın Şərqdə artan hərbi qarşıdurma fonunda Dubayda baş verən bu olay regionda gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı sualları artırır.

@@TVmusavat/140937@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR