Onlayn ictimai-siyasi qəzet
Müğənni Sahib İbrahimov "Günə Uğurla" verilişində duyğusal anlar yaşayıb.
Veriliş zamanı sənətçinin həmkarı, əməkdar artist Ehtiram Hüseynov tərəfindən səsləndirilən ifa studiyada emosional atmosfer yaradıb. Canlı yayımda səslənən musiqi parçası Sahib İbrahimovu kövrəldib və o, göz yaşlarını saxlaya bilməyib.
Kadrlar zamanı müğənninin ifa boyunca kövrəldiyi, daha sonra isə hisslərinə hakim ola bilməyərək hönkür-hönkür ağladığı görünür. Verilişin həmin anları sosial şəbəkələrdə də yayılaraq izləyicilər arasında geniş müzakirəyə səbəb olub.
İzləyicilər bu səhnəni sənətçilər arasında dostluq və musiqinin yaratdığı emosional bağın göstəricisi kimi qiymətləndiriblər./Milli.Az
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ