Onlayn ictimai-siyasi qəzet
Tezliklə "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisi istehsalına başlanacaq.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa və hökumətə müraciətində deyib.
"Çox yaxında "Akkuyu" Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlayacağıq. Amma bu sahədə başqa layihələrimiz də var. Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayaraq, nüvə enerjisinə sərmayə qoymağa davam edəcəyik", - Ərdoğan vurğulayıb.
Bundan əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə istismara vermək niyyətindədir.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ