Onlayn ictimai-siyasi qəzet
Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində müqaviləli hərbi qulluqçunun meyiti aşkar edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, həlak olan şəxs müqavilə əsasında xidmət edən hərbi qulluqçu David Manukyandır. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə istintaq aparılır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ