Onlayn ictimai-siyasi qəzet
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın 11 noyabrda keçiriləcək zirvə toplantısında baxıla bilər.
Musavat.com xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib:
"Təşkilatın üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin mümkün tətbiqi ilə bağlı istənilən qərar tamamilə Kollektiv Təhlükəsizlik Şurasının (KTMT üzv dövlətlərinin dövlət başçıları da daxil olmaqla) səlahiyyətlərinə aiddir və təşkilatın Nizamnaməsinin müddəalarına əsasən belə qərarlar qəbul etmək hüququna malikdir. Sualınıza gəldikdə, tətbiq olunan müddəalar, xüsusən də, 20 və 25-ci maddələrdə öz əksini tapıb. Şuranın növbəti iclası 11 noyabrda Moskvada keçiriləcək".
Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün tərəflər tərəfindən, o cümlədən hər bir üzv dövlətin KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi ilə vicdanla yerinə yetirilməlidir:
"İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və illik büdcə qərarlarını imzalamaması sadəcə öz hüququnu həyata keçirməməsi deməkdir, lakin Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini ləğv etmir. İnstitusional effektivliyin qorunması prinsipinə əsasən, istənilən beynəlxalq təşkilatın təsis sənədlərində nəzərdə tutulduğu kimi, bu vəziyyət üçün prosedurları var. KTMT də istisna deyil".
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ