Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Gelsenkirxen şəhərində naməlum şəxslər bankın seyf anbarının divarını deşərək təxminən 3200 fərdi saxlama kamerasını yarıblar.
Musavat.com xəbər verir ki, bu barədə DW nəşri məlumat yayıb.
İlkin hesablamalara görə, dəymiş zərər 90 milyon avroyadək ola bilər.
Bu da hadisəni Almaniya Federativ Respublikasının tarixində ən iri bank soyğunlarından birinə çevirir.
Məlumata görə, cinayətkarlar binaya parkinq vasitəsilə daxil olub, divarda dəlik açaraq xüsusi avadanlıqlardan istifadə ediblər. Müşahidə kameraları hadisə yerindən Hannoverdə oğurlanmış dövlət nömrə nişanları olan qara avtomobilin uzaqlaşdığını qeydə alıb.
Polis hadisənin “son dərəcə peşəkar şəkildə planlaşdırıldığını” bildirib və istintaq çərçivəsində artıq konkret ipuclarının olduğunu açıqlayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ