İnsanlara hürriyət, millətlərə istiqlal!

FERBA GLOBAL doğma vətəndə yeni ofisinin fəaliyyətə başladığını elan edib

Bakı, Azərbaycan – Beynəlxalq ticarət və logistika sahəsində fəaliyyət göstərən FERBA GLOBAL LLC Azərbaycanda yeni ofisinin fəaliyyətə başladığını elan edib. Şirkət bu addımı həm yerli biznes tərəfdaşlarına daha yaxın olmaq, həm də beynəlxalq əməliyyatlarını Bakı üzərindən daha səmərəli koordinasiya etmək məqsədilə atıb.

FERBA GLOBAL beynəlxalq ticarət, logistika və təchizat zəncirinin idarə olunması sahəsində fəaliyyət göstərir. Şirkət neft-kimya məhsulları, polimerlər, mineral gübrələr, kükürd, kənd təsərrüfatı məhsulları və digər sənaye xammallarının beynəlxalq ticarəti üzrə müxtəlif ölkələrin şirkətləri ilə əməkdaşlıq edir.

Yeni Bakı ofisi şirkətin Azərbaycan bazarında fəaliyyətini gücləndirməklə yanaşı, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və region ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olacaq.

Şirkət rəhbərliyinin sözlərinə görə, FERBA GLOBAL fəaliyyətində şəffaflıq, etibarlılıq və uzunmüddətli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Məqsəd Azərbaycanı beynəlxalq ticarət və logistika sahəsində daha fəal regional mərkəzlərdən birinə çevirmək istiqamətində öz töhfəsini verməkdir.

FERBA GLOBAL yaxın dövrdə fəaliyyət coğrafiyasını daha da genişləndirməyi, yeni beynəlxalq tərəfdaşlıqlar qurmağı və müxtəlif istiqamətlər üzrə iri həcmli layihələr həyata keçirməyi planlaşdırır.

FERBA GLOBAL LLC beynəlxalq ticarətdə etibarlı tərəfdaş olmaq missiyası ilə fəaliyyətini davam etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR