Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ