Onlayn ictimai-siyasi qəzet
FİFA prezidenti Canni İnfantino ilə qarşıdurma davam edərsə, UEFA tərəfdaşlarla birlikdə Dünya Kubokunun öz versiyasını təşkil etməyi nəzərdən keçirəcək.
Musavat.com Britaniya mətbuatına istinadən xəbər verir ki, Avropa futbol federasiyaları İnfantino istefa verməkdən imtina edərsə və gələn il FİFA prezident seçkilərində iştirak etməkdə israr edərsə, ata biləcəkləri addımları müəyyənləşdirirlər.
Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) UEFA-nı dəstəkləməyə hazırdır. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) da bu təşəbbüsü dəstəkləyə bilər.
Bildirilir ki, Dünya Kuboku FİFA olmadan təşkil olunarsa, Millətlər Liqasının qlobal versiyası konsepsiyasının buna əsaslanacağı gözlənilir.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ