İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəy qara təslim oldu - FOTOLAR, VİDEO

Gədəbəyə güclü qar yağıb.

Musavat.com xəbər verir ki, rayonda hava şəraitinin kəskin dəyişməsi ilə müşayiət olunan güclü qar həyatı iflic edib, nəqliyyat sistemi sıradan çıxıb.

Xüsusilə dağlıq və yüksək ərazilərdə qar örtüyünün qalınlığı xeyli artıb, bəzi kəndlərdə qışın ən sərt günlərini xatırladan mənzərə yaranıb. Bir sıra kəndlərdə qarın hündürlüyü 80 santimetrə çatıb.

Səhər saatlarından etibarən nəqliyyatın hərəkətində problemlər yaşanıb, bəzi istiqamətlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.

Məlumata görə, müvafiq qurumlar tərəfindən əsas magistral və kənd yollarının təmizlənməsi istiqamətində işlər aparılır. Texnika cəlb olunub. Bəzi ərazilərdə elektrik xətlərində nasazlıqların yarandığı da bildirilir.

 

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR