İnsanlara hürriyət, millətlərə istiqlal!

General-mayor Elman Səmədov: “Azərbaycanın sülhməramlı fəaliyyəti beynəlxalq səviyyədə mühüm iz qoyub”

"Azərbaycan sülhməramlı fəaiyyətdə fundamental iş görüb".

Musavat.com xəbər verir ki, bu fikirləri “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri General-mayor Elman Səmədov bildirib. General-mayor qeyd edib ki, ilk mərhələdə azərbaycanlı zabitlər Türkiyəyə göndərilib:


“Yeni silah və texnikanın əldə edilməsi istiqamətində də böyük işlər görülüb. Beynəlxalq təcrübənin öyrənilməsinə də önəm verilib. Azərbaycan sülhməramlı qüvvələri qazandıqları təcrübəni həm də ordumuzda istifadə ediblər. Sülhməramlı qüvvələrdə iştirak edən hərbçilər hazırda yüksək vəzifələrdə təmsil olunurlar.

Sülhməramlı zabitlərin təcrübəsindən geniş istifadə olunur. Bundan sonra sülhməramlı əməliyyatlarda iştirakına gəlincə, müasir çağırışları nəzərə aldıqda NATO geri qalmır, müvafiq dəyişikliklər edilir. Azərbaycanın verdiyi töhfənin miqyası genişdir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR