Onlayn ictimai-siyasi qəzet
Misirdə giriş vizalarının qiyməti ciddi şəkildə bahalaşıb.
Musavat.com bildirir ki, yeni tariflər artıq bazar ertəsindən qüvvəyə minib.
Rəsmi məlumatda qeyd olunur ki, əvvəlki 25 dollarlıq standart viza rüsumuna əlavə olaraq konsulluq haqqı – Misirin Xarici İşlər Nazirliyinin xidmətlərinə görə ödəniş – tətbiq edilib. Bununla da yekun məbləğ 45 dollar təşkil edir.
Açıqlamaya görə, toplanan əlavə vəsait Misirin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin modernizasiyası üçün istifadə olunacaq.
Turizm sənayesinin bir sıra nümayəndələri hökumətə müraciət edərək viza qiymətlərinin qaldırılmaması üçün çağırış etmişdilər. Onların fikrincə, yeni bahalaşma ölkəyə turist axınını əhəmiyyətli dərəcədə azalda bilər.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ