İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü yağış daşqına səbəb oldu - Küçələr su altında

Gürcüstanın Telavi şəhərində yağan güclü yağış nəticəsində Telavi dərəsi daşıb, bir neçə küçə və yaşayış məntəqəsi su altında qalıb.

Güclü yağıntı nəticəsində dərənin məcrası aşıb, Kavkasioni və Alazani prospektlərinin bəzi hissələrini su basıb.

Dərədən küçələrə axan sel suları şəhərdə ciddi fəsadlar törədib.

Hadisə yerinə polis, xilasedicilər və yerli hakimiyyət orqanlarının əməkdaşları cəlb olunub./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR