Onlayn ictimai-siyasi qəzet
Hindistanın neft emalı zavodları Rusiya neftinin idxalını 50 faiz azaldır.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" Ağ Ev rəsmisinə istinadən yayıb.
Rəsminin dediyinə görə, bu qərar Yeni Dehli və Vaşinqton arasında ticarət danışıqlarından sonra qəbul edilib. O, əlavə məlumat verməyib.
Oktyabrın 16-da agentlik üç mənbəyə istinadən xəbər verib ki, ABŞ-ın artan təzyiqləri fonunda Hindistanın neft emalı zavodları dekabr ayından etibarən Rusiyadan xammal alışını azaltmağa hazırlaşır. "Reuters"ə danışan treyderlər Hindistanın bir müddət vaxta ehtiyacı olacağını bildiriblər. Mənbələr həmçinin qeyd ediblər ki, bu məsələ ilə bağlı hələlik hökumətin sərəncamı yoxdur.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ