Onlayn ictimai-siyasi qəzet
"Hizbullah"ın baş katibi Naim Qasem hərəkatı tərksilah etmək niyyətində olmadığını bildirib, Livan hökumətini isə İsrailin ölkənin cənubundakı hərbi mövcudluğunu dayandırmağa çağırıb.
"Report"un xəbərinə görə, onun bəyanatını "Mehr" agentliyi yayıb.
"ABŞ İsrail vasitəsilə Livan müqavimətinə son qoymaq istəyir. "Hizbullah" cihad, namus, Livanın qüruru və Fələstinə dəstək prinsipləri üzərində qurulub. Amerika və İsrail Livanın gələcəyinə müdaxilə edir və onların hərbi, siyasi və iqtisadi mövqeyini diktə edir. Biz silahlarımızı yerə qoymayacağıq, çünki məhz bu silahlar bizə İsraillə atəşkəs əldə etməyə imkan verdi", - deyə o bildirib.
Hərəkatın lideri "Hizbullah"ın atəşkəsi pozan heç bir addım atmadığını vurğulayaraq, buna görə məsuliyyəti İsrailin üzərinə qoyub. O, söz verib ki, hərəkat təslim olmayacaq və Livanı İsraildən müdafiə etməyə davam edəcək.
Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu ilə "Hizbullah" hərbi əməliyyatları dayandıraraq, atəşkəs sazişi bağlayıb. Sazişə əsasən İsrail ordusu tədricən Livan ərazisindən çıxmalı və ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verməlidir.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ