Onlayn ictimai-siyasi qəzet
"Fireflies.ai" platformasının həmtəsisçisi və texniki direktoru Sem Udotonq maraqlı açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu gün dəyəri 1 milyard dollar olan xidmətin ilk versiyası heç bir süni intellektə malik olmayıb.
Bütün işi isə onlar özləri həyata keçirirmiş.
Udotonq deyir ki, layihənin ilk aylarında o və ortağı onlayn iclaslara şəxsən qoşulur, səssizcə oturub əl ilə qeydlər aparır və iclasdan cəmi 10 dəqiqə sonra həmin qeydləri müştərilərə göndərirdilər.
“Biz müştərilərə bildirirdik ki, görüşə “İA qoşulacaq”. Əslində isə görüşə qoşulan sadəcə biz idik oturub əl ilə qeydlər yazırdıq”, – deyə o xatırlayır.
Startap komandası bu üsulla 100-dən çox görüşdə iştirak edib. Daha sonra qazandıqları gəlirlə San-Fransiskoda ayda 750 dollara kiçik bir ofis tutaraq prosesi tam avtomatlaşdırmağa nail olublar.
Bu gün Fireflies.ai — Zoom, Google Meet, Webex və Teams kimi platformalarda keçirilən görüşləri avtomatik yazan və transkript edən İA əsaslı köməkçidir. Şirkətin dəyəri artıq 1 milyard dollara çatır.
Qeyd: İA (İntellektual Avtomatlaşdırma / Süni İntellekt) — insan düşüncə proseslərini təqlid edən, öyrənmə, təhlil və qərarvermə kimi funksiyaları avtomatik yerinə yetirən texnologiyadır.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ