Onlayn ictimai-siyasi qəzet
Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini daha da gücləndirir.
Musavat.com xəbər verir ki, Van vilayətində həyata keçirilən sərhəd təhlükəsizliyi layihəsi çərçivəsində ilk dəfə olaraq 6 kilometrlik modul polad divar sistemi quraşdırılıb. Layihənin məqsədi terror, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirməkdir.
2021-ci ildə Çaldıran, Özalp, Saray və Başqala rayonlarını əhatə edən 305 kilometrlik sərhəd təhlükəsizlik layihəsinə start verilib. Hazırda layihənin 235 kilometrlik hissəsi tamamlanıb, Başqala istiqamətindəki son 70 kilometrlik mərhələdə isə tikinti işləri davam edir.
Coğrafi şəraitin mürəkkəb olduğu Başqala rayonunun 6 kilometrlik hissəsində ilk dəfə yeni tip modul polad divar sistemi tətbiq edilib. Qurğu 1 metr hündürlüyündə beton bünövrə, onun üzərində 5 metrlik polad konstruksiya və 90 santimetr hündürlüyündə ülgüc məftildən ibarətdir.
Sərhəd xəttinin digər hissələrində isə beton divarların tikintisi davam etdirilir. Tikintidə istifadə olunan beton bloklar sərhəd yaxınlığında fəaliyyət göstərən daş karxanalarında hazırlanaraq xüsusi texnika ilə əraziyə daşınır.
Fiziki maneələrlə yanaşı, sərhəd xətti elektro-optik müşahidə qüllələri, termal kameralar, radar sistemləri və müxtəlif sensorlarla təchiz edilib. Bundan əlavə, pilotsuz uçuş aparatları, pilotsuz yerüstü nəqliyyat vasitələri və fototələlər vasitəsilə sərhəd boyunca 24 saat müşahidə aparılır.
Hava təhlükələrinə qarşı isə antidron sistemləri, hava hücumundan müdafiə vasitələri, zirehli texnika, snayper qrupları və komando bölmələri strateji nöqtələrdə xidmət göstərir.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ