İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə nəhəngi Endrik üçün 100 milyon ödəməyə hazırdır

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real Madrid" futbolçusu Endrik üçün böyük transfer planı hazırlayıb.

London təmsilçisi 19 yaşlı hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır. Hazırda gənc futbolçu icarə əsasında Fransanın Olympique Lyonnais klubunda çıxış edir.

Məlumata görə, "Arsenal"ın baş məşqçisi Mikel Arteta Endrikin komandada rəqabəti artıracağını və hücum xəttinə ciddi güc qatacağını düşünür.

Qeyd edək ki, futbolçu 2024-cü ilin yayında "Palmeyras"dan SE Palmeiras klubuna 47,5 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu mövsüm Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR