İnsanlara hürriyət, millətlərə istiqlal!

İnkassator furqonu partlayıcılarla qarət edildi - 2 milyon oğurlandı

İtaliyanın Reco-di-Kalabriya şəhəri yaxınlığında silahlı dəstə "Sicurtransport" şirkətinə məxsus inkassator furqonuna hücum edib.

Musavat.com xəbər verir ki, 10 nəfərdən ibarət dəstə "Kalaşnikov", ov tüfəngləri və partlayıcı qurğularla maşının yolunu kəsib. Nəticədə 2 milyon avro oğurlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Hücumu peşəkar dəstənin həyata keçirdiyi bildirilir. Bundan əlavə, müstəntiqlər yerli mafiyanın izlərini də araşdırırlar. Çünki sözügedən bölgədə oxşar hücumlar mafiyanın xəbəri olmadan həyata keçirilə bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR