İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar edəcəyini demişdi - Məşhur aktyor zibil qutusundan karton yığarkən GÖRÜNTÜLƏNDİ

Bir vaxtlar "Çok Güzel Hareketler Bunlar" verilişindəki rolu ilə tanınan türkiyəli aktyor Metin Keçeci maddi çətinliklərlə üzləşdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, göz yaşları içində intihar edəcəyini deyən Keçeci, zibilxananın yanında karton yığarkən görüntülənib.

Keçeci yaxınlarda evinin müsadirə olunduğunu və evini tərk etmək məcburiyyətində qaldığını bildirib. O, müsahibələrində "Artıq dözə bilmirəm" və "İntihar etmək üzrəyəm" ifadələrini işlədib.

Aktyor eyni zamanda sənayedəki keçmiş həmkarlarını tənqid edərək "cənazəmə gəlməsinlər" deyib və dostlarına qarşı narazılığını ifadə edib.

Maliyyə çətinliklərinə baxmayaraq, Metin Keçeci TRT 1-də yayımlanan "Vəfa Sultan" serialının aktyor heyətinə qoşulduğunu elan edərək pərəstişkarlarını sevindirmişdi.

Sosial mediada yayılan görüntülərdə Keçecinin zibil qutusunun yanında karton yığdığı görünür. O, ətrafın diqqətini cəlb etmədən kartonları yığaraq daha sonra avtobusa minib yola davam edib. Pərəstişkarları onun çətin vəziyyətinə dəstək mesajları paylaşaraq kədərlərini ifadə ediblər.

Musavat.com

'İntiharın eşiğindeyim' demişti! Metin Keçeci bu kez çöpten karton toplarken görüntülendi

'İntiharın eşiğindeyim' demişti! Metin Keçeci bu kez çöpten karton toplarken görüntülendi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR