Onlayn ictimai-siyasi qəzet
Bu gün İranın Sistan və Bəluçistan əyalətində dövlətə məxsus televiziya kanalının canlı yayımı zamanı gözlənilməz hadisə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
İslam İnqilabının Qələbə Günü münasibətilə keçirilən rəsmi yürüşdən reportaj hazırlayan müxbir efirdə qəfil “Xameneiyə ölüm olsun!” şüarı səsləndirib.
Hadisə izdihamdan birbaşa bağlantı zamanı baş verib. Şüar səsləndirildikdən dərhal sonra yayım kəsilib və görüntü bir neçə saniyə sonra tam dayandırılıb.
Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında bu şüar tez-tez səsləndirilir və geniş yayılıb. Hadisənin təsadüfi dil sürüşməsi, yoxsa canlı efirdə rejimə qarşı şüurlu etiraz olması isə hələ də açıq qalır. Lakin yayımın dərhal kəsilməsi və görüntülərin gizlədilməsi bu sualı daha da gücləndirir.
@@TVmusavat/139716@@
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ