İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ordusu HƏRƏKƏTƏ KEÇDİ - Ballistik və qanadlı raketlər ATDI - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərin ikinci mərhələsində ballistik və qanadlı raketlərin kütləvi zərbəsini həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlər zamanı “Qədr-110”, “Qədr-380”, “Qədir” tipli qanadlı raketlər və “303” ballistik raketi ölkənin dərinliklərindən buraxılaraq eyni anda Oman körfəzində əvvəlcədən müəyyən edilmiş hədəfləri vurub.

Təlimlərin əsas məqsədlərindən biri döyüş sistemlərinin davamlılığını və müdafiə imkanlarını yoxlamaqdır.

Manevrlar Fars körfəzi, Hörmüz boğazı və İran adalarının akvatoriyasında davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR