İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmisi Rusiya neftinin ekosistemə zərərindən danışdı - Ad çəkmədən

Neft çirklənməsinin Fars körfəzi regionunun dəniz ekosisteminə vurduğu ziyan trilyonlarla dollarla qiymətləndirilə bilər.

Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei X hesabında yazıb. O, paylaşımına Qeşm adası sahillərindəki çirklənmənin videosunu əlavə edib: "Bu hadisə, son onilliklərdə Fars körfəzi və Oman dənizinin sularını, eləcə də regionun dəniz ekosistemini pozan və İranın sahil ərazilərinə trilyonlarla dollar ziyan vuran həm açıq, həm də gizli şəkildə baş verən kütləvi çirklənmənin yalnız bir bariz nümunəsidir".

Baqai əlavə edib ki, hər bir kommersiya gəmiçiliyi regiondakı ziyanı aradan qaldırmaq üçün hüquqi və mənəvi məsuliyyət daşımalıdır.

Associated Press-in məlumatına görə, 247 metr uzunluğundakı Caroline Bezengi tankeri may ayında Qara dəniz limanından yola düşüb və 8 iyunda heyət göyərtədə partlayış baş verdiyini bildirib. Tanker daha sonra Omanın Dhofar əyalətindəki Əl-Hallaniyyat adaları yaxınlığında quruya çırpılıb və neft dağılmasına səbəb olub. Caroline Bezengi-dən dağılan neft İranın Qeşm adası və Omanın 12 kilometr sahil xəttinə təsir edib.
Maraqlıdır ki, tanker Rusiyanın kölgə donanmasına daxildir, Camerun bayrağı altında sanksiyalı Rusiya neftini daşıyırdı. Tanker zədələndikdən sonra Rusiya tərəfi onun xilas edilməsi üçün heç bir addım atmayıb, Oman yaxınlığındakı bir adanın sahilində heyət tankeri tərk edərək nəzarətsiz buraxıb. Üstündən 2 ay keçdikdən sonra tankerdən neft dağılması başlayıb.

İran XİN rəsmisi tankerin və dağılan neftin kimə məxsus olmasından bəhs etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR