Onlayn ictimai-siyasi qəzet
İranın Livandakı səfirliyinin “X” hesabında etdiyi paylaşım sosial mediada geniş narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Paylaşımda iki ölkənin əlaqəli taleyinə işarə olunaraq xəritə üzərində “Livan İranın ürəyidir” ifadəsi yer alıb.
Bu paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Bəzi şərhçilər İranı Livanda gərginliyi artırmaqda və ölkəyə “xaos gətirməkdə” ittiham ediblər.
Digərləri isə Tehranı Livanın daxili işlərinə qarışmamağa çağırıblar.
Paylaşım ətrafında yaranan müzakirələr bölgədə gərgin siyasi atmosferi bir daha gündəmə gətirib.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ