İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Moskvaya gözlənilməz MESAJ: Seçkilərdən dərhal sonra...

Ermənistan və Rusiya arasındakı münasibətləri sağlamlaşdırmaq zəruridir.

Musavat.com xəbər verir ki, Ermənistan tərəfi parlament seçkilərindən sonra rusiyalı tərəfdaşları ilə yaranmış sualları konstruktiv atmosferdə müzakirə edə biləcəyinə və qarşılıqlı faydalı həll yolları tapacağına ümid edir.

Ermənistan mediasının yaydığı məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Ermənistandakı seçkilərə xaricdən, xüsusən də Rusiyadan mümkün müdaxilə barədə sualı cavablandıran nazir vurğulayıb:

“Hesab edirəm ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılmasına ehtiyac var. Biz ümid edirik ki, xüsusilə seçkilərdən sonra rusiyalı tərəfdaşlarımızla sağlam, konstruktiv atmosferdə bu münasibətləri yaxşılaşdıra, hər bir ölkənin əlaqələrində zaman-zaman yaranan mövcud problemləri müzakirə edə biləcəyik. Eyni zamanda, həm Ermənistan Respublikası, həm də Rusiya Federasiyası üçün faydalı olacaq həll yolları tapacağımıza inanırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR