İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin “Avroviziya–2026”a buraxılması kütləvi boykota səbəb oldu

Musavat.com xəbər verir ki, İsrailin “Avroviziya–2026” musiqi yarışmasında iştirakına rəsmi icazə verilməsi Avropada geniş etiraz dalğası yaradıb.

Qərarın ardından bir neçə ölkə ard-arda boykot qərarı açıqlayıb. İlk olaraq İspaniya və Niderland yarışmada iştirak etməyəcəklərini bildirmişdi. Daha sonra İrlandiya, İspaniya və Sloveniya da boykota qoşularaq “Avroviziya–2026”dan imtina etdiklərini bəyan ediblər.

Məlumata görə, İslandiyanın dövlət yayım qurumu da ölkənin yarışdakı iştirakını yenidən müzakirəyə çıxarmağı planlaşdırır.

Qərar Avropanın bir çox ölkəsində tənqidlərə səbəb olub və müsabiqənin gələcək formatı ilə bağlı geniş mübahisələr davam edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR