İnsanlara hürriyət, millətlərə istiqlal!

Juninyo “Qarabağ”a gəlmədi - Yeni klubu bəllidir (FOTOLAR)

Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Meksikanın “Pumas” klubuna transfer edilib.

Bu barədə klub məlumat yayıb.

O, “Pumas”a Braziliyanın “Flamenqo” klubundan keçib.

Qeyd edək ki, Juninyo bu ilin yayında “Qarabağ”dan 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunmuşdu. Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirmişdi. (Qafqazinfo)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR