İnsanlara hürriyət, millətlərə istiqlal!

Kenanla Arda Yamal alan mükafata namizəd oldular

"Globe Soccer Awards" təşkilatçıları "2025-ci ilin ən yaxşı gənc futbolçusu" mükafatı üçün namizədlərin siyahısını ictimaiyyətə təqdim edib.

Siyahıda ümumilikdə 11 perspektivli futbolçu yer alıb. Namizədlər sırasında Eliss Ben Seqir ("Monako"/"Bayer Leverkuzen"), Pau Kubarsi ("Barselona"), eləcə də PSJ-dən üç gənc - Dezire Due, Xuan Neves və Varren Zair-Emeri var.

Bundan başqa "Real Madrid"in futbolçusu Arda Güler, hazırda "Bornmut"da çıxış edən, amma madridlilərə məxsus olan Din Höysen, "Arsenal"dan Maylz Luis-Skelli, "Portu"nun gənc hücumçusu Rodriqo Mora, "Komo"dan Niko Paz və "Yuventus"un istedadlı oyunçusu Kenan Yıldız siyahıya daxil edilib.

Xatırladaq ki, ötən il bu mükafatın qalibi "Barselona"nın gənc ulduzu Lamin Yamal olmuşdu./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR