Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı etirazlar davam edir.
Musavat.com xəbər verir ki, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku seçkilərin nəticələrinə etiraz edəcəyini açıqlayıb.
Köçəryan bildirib ki, hazırda müxalif düşərgədəki tərəfdaşları ilə növbəti addımları müzakirə edirlər. Onun sözlərinə görə, bir məsələ dəqiqdir: “Biz geri çəkilməyəcəyik və mübarizə səngərini tərk etməyəcəyik”.
“Ermənistan” blokunun lideri qeyd edib ki, müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə gələcək addımlarla bağlı yanaşmalar təqdim olunacaq.
Köçəryan həmçinin seçkilərin hakimiyyətin təzyiqləri, müxalifət nümayəndələrinin həbsləri və inzibati resurslardan geniş istifadə şəraitində keçirildiyini iddia edib.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ